Logo
    main-post-cover

    UpScrolled qısa müddətdə 2,5 milyon istifadəçini keçdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, yeni sosial şəbəkə UpScrolled qısa müddətdə sürətli böyümə ilə diqqət çəkir. Platformanın qurucusu Issam Hijazi Web Summit Qatar tədbirində çıxışı zamanı bildirib ki, UpScrolled artıq 2,5 milyondan çox istifadəçiyə çatıb.
    Android Apps by UpScrolled on Google Play
        Hijazinin sözlərinə görə, platforma təxminən altı ay əvvəl istifadəyə verilib və yanvar ayının əvvəlinə qədər cəmi 150 min istifadəçiyə malik olub. Lakin son həftələrdə sürətli artım qeydə alınıb: əvvəlcə 1 milyon, daha sonra isə 2,5 milyon istifadəçi həddi keçilib. UpScrolled özünü Instagram və X qarışığı kimi təqdim edir və bütün fikirlərə açıq platforma olduğunu iddia edir. Şirkət bildirir ki, platformada kölgə bloklama (shadowban) və ya seçici senzura tətbiq edilmir.
        UpScrolled-in sürətli böyüməsi ABŞ-də TikTok-un yanvar ayında mülkiyyət strukturunun dəyişməsi fonunda baş verib. Yeni razılaşmaya əsasən, Silver LakeOracle daxil olduğu konsorsium TikTok-un ABŞ əməliyyatlarında əsas payı əldə edib, ByteDance isə 20 faiz pay saxlayıb.
    Paylaş