Verizon şirkəti məşhur Flickr fotoservisini satdı
Sosial Media
21.04.2018
Emil Nəcəfov
Keçən il Yahoo servisini almış məşhur Verizon mobil
operatoru Flickr fotoservisini SmugMug adlı digər bir fotoservisə satdı. Bu barədə
USA Today saytı xəbər verib. Müqavilənin dəyəri barəsində isə heç bir məlumat
yoxdur. Sözügedən müqavilə bu ayın ortalarında bağlanıb. Məlumata əsasən Flickr
professional fotoqraflar üçün ayrıca fotoservis kimi öz fəaliyyətinə davam edəcək
və inkişaf üçün lazımi resurslarla təmin olunacaq.
Flickr-in verdiyi məlumata əsasən
servisin istifadəçi kütləsi 100 milyon insandan çoxdur. Onlar bu servisdə
milyardlarla fotolar paylaşırlar. Məlumata əsasən bu ilin Mart ayında sözügedən
servisə 13.1 milyon insan daxil olmuşdur. Bu isə keçən ilki göstəricidən 2.3
milyon çoxdur. Flickr 2004-cü ildə yaradılıb və 2005-ci ildə Yahoo tərəfindən
35 milyon dollara alınıb. USA Today-in sözlərinə əsasən Flickr internetin əsas
hadisələrindən biri hesab olunur. Belə ki, o, professional fotoqraflar cəmiyyətini
yaradaraq paylaşılmış fotoların müzakirəsi imkanını verir.
2015-ci ildə Yahoo Flickr-in
dizaynını dəyişərək onu fotoların saxlanması üçün servis kimi təqdim etdi.
SmugMug servisi isə 2002-ci ildən mövcuddur və professional ilə həvəskar
fotoqraflar üçün nəzərdə tutulub. Flickr-dən fərqli olaraq SmugMug-da pulsuz
hesablar yoxdur. SmugMug-da minimal aylıq tarif 4$ təşkil edir və fotoların
saxlanması üçün nəzərdə tutulur. Təsis edildiyi gündən bəri SmugMug kənar
investisiyalar cəlb etməyib. O əsasən böyük olmasa da gəlirli biznes model əsasında
çalışır.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək