Logo
    main-post-cover

    Vine bağlanır!

    Sosial Media
    08.05.2017

    "Twitter” şirkəti qısa videolar servisi Vine-ı bağlayacağını elan edib.

    Servisin komanda heyətinin Medium-dakı blogundakı verdiyi məlumata əsasən yaxın bir neçə ay ərzində mobil tətbiq tamamilə söndürüləcək. Nəzərinizə çatdıraq ki, "Twitter”, Vine servisini 2013-cü ildə işə salmışdır. Hal-hazırda servisin tətbiqini, veb saytını və servisdə olan videoları heç bir təhlükə gözləmir. "Technote.az”ın "Vine”a istinadən verdiyi xəbərə əsasən istifadəçilər əvvəlki kimi servisə daxil olub öz qiymətli videolarını yükləyə bilərlər. İstifadəçilərin videoları izləyə bilmələri üçün Vine-ın veb saytı hələki onlayn şəkildə qalacaq. Servisin tamamilə bağlanmasından qabaq isə komanda, istifadəçilərə qabaqcadan xəbər verəcəyini bildirib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Vine bağlanır! | Technote