
WhatsApp-a çox maraqlı və faydalı yeni funksiya gəlir
Sosial Media
23.06.2017
Emil
Yaxın zamanda WhatsApp istifadəçiləri öz aralarında istənilən faylları göndərə biləcəklər.
Messencerin yeni funksiyasını test edən şəxslərin məlumatlarına
əsasən sözügedən xüsusiyyət əlavə olunduqdan sonra istifadəçilər istənilən
faylları digər şəxslərə göndərə biləcəklər. Lakin göndəriləcək faylın ölçüsü məhdudlaşdırılacaq.
Belə ki, iOS-də 128 MB, Android-də 100 MB, veb versiyada isə 64 MB olacaq. Çox
güman ki, bu cür məhdudlaşdırma ona görə qoyulub ki, istifadəçilər 4K
formatında videolar göndərməklər serverləri yükləməsinlər. Hal hazırda bu
messencer vasitəsilə yalnız bir neçə formatda fayl göndərmək mümkündür. Həmin
formatlar arasında Word sənədləri, PDF və slaydlar var. Hal hazırda yeni
funksiya beta test mərhələsində yalnız çox az sayda adam üçün aktivdir.
Messencerin yenilənməsinin tarixi ilə bağlı isə hələki heç bir dəqiq məlumat
yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
