Logo
    main-post-cover

    WhatsApp-a çoxdan gözlənilən funksiya əlavə olundu

    Sosial Media
    08.05.2017

    WhatsApp-a animasiyalı GIF fotoların göndərilməsi və qəbul edilməsi funksiyası əlavə edilib.

    GIF fotoların dəstəyi demək olar ki, bütün messencerlərdə mövcuddur. Lakin bu bazarın lideri olan WhatsApp uzun müddət yalnız adi fotoları dəstəkləyirdi. WhatsApp-ın iOSAndroid versiyaları üçün GIF formatlı animasiyalı fotoların göndərilməsi və qəbul olunması funksiyası əlavə olunub. Bununla yanaşı istifadəçilər öz videolarından da GIF animasiyalar yarada bilərlər. Bu halda video 6 saniyəni keçməməlidir. Bundan əlavə olaraq iOS istifadəçiləri Live Photos fotolarını GIF formatında göndərmək imkanını əldə ediblər. Sözügedıən funksiyalarla yenilənmə bitmir. Belə ki, istifadəçilər yeni GIF animasiyalar siyahısından artıq hazır GIF-ləri də göndərə bilərlər. Hələki beta versiya formatında olan yeni funksiyalar hamı üçün aktiv olmaya bilər. Lakin tədricən bütün istifadəçilər yeni funksiyalardan istifadə edə biləcəklər.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    WhatsApp-a çoxdan gözlənilən funksiya əlavə olundu | Technote