
WhatsApp-a iki yeni funksiya gəlir
Sosial Media
20.07.2017
Emil
WhatsApp-da olacaq yeni funksiyalar hal hazırda beta test mərhələsində test olunur.
Söhbət, iOS və Android üçün nəzərdə tutulmuş 2 yeni
funksiyadan gedir. Android üçün 2.17.265 versiyalı WhatsApp-ın beta test mərhələsinə
videozəng funksiyasının dəyişdirilmiş tərzi əlavə olunub. Belə ki, bundan sonra
istifadəçilər videozəng pəncərəsini kiçildə və ekranda istədikləri yerə daşıya
biləcəklər. Beləliklə istifadəçilər eyni anda həm videozəng vasitəsilə
ünsiyyət qura, həmdə digər istifadəçilərə ismarıc yaza biləcəklər. Lakin çox
böyük ehtimalla bu funksiya, picture-in-picture dəstəklənməsi əlavə olunacaq
Android O 8.0 proqram təminatlı smartfonlara gələcək.

Daha bir funksiya isə ondan ibarətdir ki, YouTube-dan olan
videoların linkləri bundan sonra WhatsApp-ın daxilində açılacaq. Picture-in-picture
özəlliyi sayəsində videolar, link pəncərəsində təqdim olunacaqlar. Həmin pəncərəni
isə kiçildib istənilən yerə daşımaq olacaq. Beləliklə istifadəçi yazışan zaman
videoya baxmaq çətinliyi yaşamayacaq. Bu funksiya isə hal hazırda yalnız iOS
versiya üçün nəzərdə tutulmuş beta test mərhələsində aktivdir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
