main-post-cover

    WhatsApp-a Night Mode funksiyası gəlir

    Sosial Media
    03.07.2017
    Farid Pardashunas

    WhatsApp-a yaxın zaman ərzində maraqlı və faydalı funksiya əlavə olunacaq.

    Belə ki, yeni funksiya Night Mode adlanacaq. Söhbət, tətbiqin interfeysini dəyişən və gecə saatlarında istifadəçi gözünə olan yüklənməni azaldan Night Mode rejimindən getmir. Sözügedən halda Night Mode rejimi, zəif işıq mühitində çəkilən fotoların keyfiyyətinin və kameranın həmin mühitdə yaxşılaşdırılmasına yönəlik olacaq. Sözügedən funksiya həmçinin videozənglər zamanı da dəstəklənə bilıər. Çox güman yeni funksiya ilk öncə iOS platforması, daha sonra Android üçün aktiv olunacaq. WhatsApp-ın kamerasının interfeysi çox sadədir və digər tətbiqlərdəki interfeysə bənzəyir. Burada filtr dəstəyi olmasa da, zoom, işıqlandırma sistemi və ön kameraya keçid düyməsini dəstəkləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər