Whatsapp'a qrup audio və videozəngləri funksiyası gəldi
Sosial Media
29.05.2018
Farid Pardashunas
Bu ayın əvvəlində baş tutmuş
Facebook F8 konfransında Mark Zuckerberg bildirmişdi ki, yaxın müddətdə məşhur Whatsapp
messencerinə qrup audio və videozəngləri funksiyası əlavə olunacaq. Bu funksiya
barəsində son zamanlar bir çox məlumatlar yayılmışdı. Ona görə də funksiyanın tədricən
aktiv olunması heç kim üçün sürpriz olmadı. Beləliklə son bir neçə gün ərzində
sözügedən funksiya messencerin iOS və Android versiyalarında tədricən aktiv
edilməyə başladı. Lakin qeyd etmək lazımdır ki, qrup audio və videozəngləri
birdən-birə hamı üçün aktiv edilmir.
Bu yeni funksiya sayəsində istifadəçi digər
istifadəçiyə zəng edən zaman messencerin yuxarı sağ hissəsində dəvətetmə düyməsini
klik edərək öz kontaktlarından istədiyi şəxsi qrup zənginə əlavə edə bilər.
Ümumilikdə qrup zəngində 4 nəfər şəxs iştirak edə bilər. Bu həm audio həmdə
videozənglərə aiddir. İstifadəçilərin verdikləri məlumatlara əsasən bu yeni
funksiya onlar üçün Whatsapp beta 2.18.162 versiyasında aktiv edilib. Lakin həmin
versiyanı işlədən bəzi istifadəçilər də isə həmin funksiya hələ aktiv edilməyib.
Messencerin iOS versiyası ilə də vəziyyət eynidir. Beləliklə səbrli olub gözləmək
lazımdır. Gec-tez bu yeni funkiya hamı üçün aktiv olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ