Logo
    main-post-cover

    WhatsApp-a rəngli fonlar və digər yeniliklər gəldi

    Sosial Media
    22.08.2017

    WhatsApp-a gəlmiş yenilik, Facebook-un rəngli statuslar özəlliyinə çox bənzəyir.

    Bundan sonra istifadəçilər WhatsApp-dakı statuslarını əhval-ruhiyyələrinə uyğun olaraq fonu dəyişməklə yeniləyə bilərlər. Siz nəsə yazırsınız, fon rəngini seçirsiniz və şrifti düzəldirsiniz. Bundan əlavə olaraq statusdakı mətndə siz digər saytlara link də əlavə edə bilərsiniz. Həmçinin statusa foto və video da əlavə etmək mümkündür. Belə halda sizin statusunuz, Snapchat-dakı funksiyaya bənzəyəcək. WhatsApp-a gələn status yenilənməsi, Snapchat Stories-ə çox bənzəyir. Belə ki, Snapchat-a da bir neçə müddət bundan öncə statusa, history paylaşılarını əlavə etmək funksiyası gəlib. WhatsApp-ın statuslar bölməsi, Facebook-un History bölməsinin uğurlu klonu hesab olunur. Hal hazırda gün ərzində həmin funksiyadan 175 milyona yaxın insan istifadə edir. Bu göstərici ilə isə o, Snapchat-dan da məşhur hesab olunur. Qeyd etmək lazımdır ki, yeni funksiya həm Android, həmdə iOS istifadəçiləri üçün messencerin beta versiyasında aktivdir.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    WhatsApp-a rəngli fonlar və digər yeniliklər gəldi | Technote