
Whatsapp'a Telegram kanallarının analoqu gəldi
Sosial Media
30.06.2018
Məşhur Whatsapp messencerinə Telegram-dakı
kanalların analoqu funksiyası gəldi. Belə ki, bu yeni funksiya vasitəsilə Whatsapp-ın
qrup çatlarında yalnız qrup adminləri paylaşımlar edə bilərlər. Bu yeni
funksiya sayəsində istifadəçilər qrup çatları sayəsində onları maraqlandıran məlumatları
xəbər və ya elan formatında əldə edə biləcəklər. Bununla belə adi istifadəçilər
bu cür qruplarda mesaj, foto və ya digər kontent göndərə bilməzlər. Bunu yalnız
qrup adminləri edə bilərlər. Adi istifadəçilər isə sadəcə olaraq adminlər tərəfindən
paylaşılacaq məlumatları əldə edə bilərlər. Beləliklə bu cür qruplar bir tərəfli
idarəetmə ilə idarə olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...