Logo
    main-post-cover

    WhatsApp-a yeddi il rəhbərlik edən Will Cathcart vəzifəsindən ayrılır

        Meta şirkəti WhatsApp-ın rəhbərliyində mühüm dəyişiklik edib. Şirkətin baş direktoru Mark Zuckerberg açıqlayıb ki, son yeddi ildə WhatsApp-a rəhbərlik edən Will Cathcart vəzifəsindən ayrılır. Onun yerinə Hindistanın fintech sektorunda tanınan sahibkarı, Cred platformasının qurucusu Kunal Shah təyin olunub.
        Kunal Shah hazırda ödənişlərin idarə edilməsi və mükafat proqramları təqdim edən Hindistan mənşəli fintech şirkəti Cred-in təsisçisi və baş direktoru kimi fəaliyyət göstərir. Məlumata görə, Meta şirkəti Cred-ə 900 milyon dollar investisiya yatıracaq və bunun müqabilində şirkətin 20 faiz payına sahib olacaq.
    Meet Kunal Shah: The university dropout who founded CRED; know about his  lifestyle, journey, and salary - Lifestyle News | The Financial Express
        Will Cathcart 2019-cu ildən WhatsApp-a rəhbərlik edirdi. Onun dövründə platformaya bir sıra mühüm yeniliklər əlavə olunub. Bunlara 2021-ci ildə təqdim edilən şifrələnmiş söhbət ehtiyat nüsxələri, iPad tətbiqinin istifadəyə verilməsi, reklamların inteqrasiyası və Meta-nın süni intellekt çat-botu ilə şəxsi söhbət funksiyalarının əlavə edilməsi daxildir. Cathcart Meta-dan tamamilə ayrılmır və şirkət daxilində yeni vəzifədə fəaliyyətini davam etdirəcək. Kunal Shah isə WhatsApp-a rəhbərlik etmək üçün Cred-dəki baş direktor postundan istefa verəcək.
        Mark Zuckerberg bildirib ki, Kunal Shah-ın Cred-i Hindistanın ən önəmli texnologiya şirkətlərindən birinə çevirməsi və qlobal təcrübəsi onu dünyanın ən böyük mesajlaşma platformasına rəhbərlik etmək üçün uyğun namizədə çevirir.
    Paylaş