main-post-cover

    WhatsApp-a yeni funksiyalar əlavə olundu

    Sosial Media
    09.09.2017
    Farid Pardashunas

    WhatsApp-ın yeni versiyasına, bir neçə müddət bundan öncə beta testdə olmuş funksiyalar əlavə edilib.

    Bundan sonra istifadəçilər, picture-in-picture videozənglərindən istifadə edə və öz statuslarında rəngli mətnlər yerləşdirə biləcəklər. Android Oreo ilə gələn picture-in-picture adlı yeni funksiya sayəsində istifadəçi, hətta əsas tətbiqdən çıxsa belə, açılmış kiçik pəncərədə videozəng vasitəsilə öz ünsiyyətini davam etdirə bilir. WhatsApp da bu funksiyadan istifadə edir. Bundan sonra istifadəçinin, videozəng zamanı tətbiqdə qalmağı şərt olmayacaq. O, tətbiqi bağlayaraq videozəngdən istifadə edə biləcək. Beləliklə istifadəçi, videozəngdən istifadə edərək, smartfonda digər işlərini də görə bilər. Daha bir yenilik isə mətnli statuslar ilə bağlıdır. Bundan sonra istifadəçi öz əhval-ruhiyyəsinə uyğun olaraq statusdakı fon rəngini dəyişdirməklə öz statusunu yeniləyə bilər. Siz hansısa mətni yazırsınız, daha sonra fon rəngini seçirsiniz və mətn şriftini istədiyiniz kimi dəyişirsiniz. Siz hətta həmin mətnə digər saytların linklərini də əlavə edə bilərsiniz. Həmçinin foto və videoları bir birinə qoşaraq onları Snapchat-dakı kimi təqdim edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər