Whatsapp Business'ə yeni faydalı funksiya əlavə edilib

Whatsapp Business'ə yeni faydalı funksiya əlavə edilib

Sosyal Medya
08.11.2019 PAYLAŞIM

    Whatsapp Business tətbiqi messencerlər bazarının artıq kiçik bir hissəsini özünə cəlb edib. Facebook şirkətinin verdiyi məlumata əsasən bu tətbiq artıq 5 milyon korporativ müştəriyə sahibdir. Bir neçə müddət bundan öncə tərtibatçılar Whatsapp Business-ə faydalı bir funksiya əlavə etdilər. Söhbət, kataloqlar adlı funksiyadan gedir. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə kataloqlar funksiyası nədir?

    Kataloqlar bir növ messencer daxilindəki məhsul vitrinlərini xatırladır. Belə ki, bu funksiya vasitəsilə satıcılar hansısa bir məhsulun fotosunu, qiymətini və məhsul barəsində məlumatı əks etdirən kartları messencer daxilinə əlavə edə bilirlər. Kataloqdan olan bu kartları satıcı həmçinin özəl mesaj vasitəsilə müştəriyə də göndərə bilir. Bu halda müştəri ilə satıcı arasındakı qarşılıqlı əlaqə daha da rahat olur.

    Alıcı hansısa məhsul barəsində sual verə, satıcı isə alıcını maraqlandıran hansısa digər bir məhsulu rahat şəkildə təqdim edə bilər. Sözügedən yeni funksiya artıq tətbiqin Android iOS versiyasına əlavə edilib. Kataloqlar funksiyası ilk öncə Braziliya, Almaniya, Hindistan, İndoneziya, Meksika, ABŞ və İngiltərə istifadəçiləri üçün aktivdir. Yeni funksiyanın digər ölkələrin istifadəçiləri üçün nə zaman aktiv ediləcəyi barəsində bir məlumat yoxdur.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azərbaycanda ilk dəfə 'Young Lions' Beynəlxalq Yaradıcılıq Müsabiqəsi baş tutaca..

“Cannes Lions” dünyanın ən prestijli yaradıcılıq festivallarından biridir. 1954-cü ildən bəri hər il..


Facebook Lite tətbiqinə Dark Mode rejimi əlavə olundu

Heç gözlənilmədən Facebook şirkəti Facebook Lite adlı əss olmayan tətbiqinə Dark Mode rejimini əlavə..


Instagram CEO-su açıqladı: iPad üçün niyə xüsusi tətbiq hazırlanmır?

Instagram CEO-su Apple iPad-lər üçün niyə xüsusi tətbiqin hazırlanmadığını açıqladı.


Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

“Azercell Telekom” MMC Təhsil Nazirliyinin SABAH qruplarının “Qış Məktəbi” layihəsi çərçivəsində mas..


Azercell olimpiada qalibləri ilə görüşdü

Ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli mobil rabitə bazarının lideri olan “Azercell Telekom”..


Whatsapp messenceri istifadəçi sayına görə yeni rekorda imza atdı

İstifadəçilərin konfidensial məlumatları məsələlərində yaşanmış qalmaqallara baxmayaraq Whatsapp mes..