main-post-cover

    WhatsApp-da göndərilmiş ismarışların silinməsinə yeni vaxt limiti gəldi

    Sosial Media
    12.03.2018
    Farid Pardashunas
    Bir neçə müddət bundan öncə WhatsApp-da digər şəxslərə göndərilmiş ismarışların həmin şəxslərin cihazlarından silinməsi funksiyası istifadəyə verilmişdi.
        Bu yeni funksiya sayəsində istifadəçilər digər WhatsApp istifadəçilərinə göndərdikləri ismarışları silə bilərdilər. Lakin yeni funksiyanın bir mənfi cəhəti var idi ki, ismarışın silinməsinə 8 dəqiqə 32 saniyə (512 saniyə) vaxt verilirdi. Lakin bu limitin yüksəldilməsi qərarı verilib. Beləliklə bundan sonra ismarışların silinməsi üçün 1 saat 8 dəqiqə (4096 saniyə) vaxt veriləcək. Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, hackerlər sistem boşluğu aşkarlamış və bu funksiyadan istifadə edərək istifadəçilərin cihazlarında hətta illər öncə göndərilmiş ismarışları da poza bilərlər. Hackerlər bunu offline rejimdə ismarışların pozulması funksiyasını aktivləşdirərək edə bilirdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər