Whatsapp-da istifadəçi çatlarının iOS-dən Android-ə köçürülməsi funksiyası istifadəyə verilib
Sosial Media
12.08.2021
Farid Pardashunas
Whatsapp-da istifadəçi çatlarının iOS-dən Android-ə köçürülməsi funksiyası istifadəyə verilib. Bu yeni funksiya sayəsində istifadəçi iPhone-dan hər hansısa Android cihaza keçid edən zaman bütün çatların tarixçələrini, fotoları, səsli qeydləri yeni smartfonuna köçürdə biləcək. Lakin bu məsələdə bir nüans var. Belə ki, bu yeni funksiya ilk növbədə dünən təqdim edilmiş Samsung Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 smartfonlarında aktiv olacaq. Yaxın zamanda bu yeni funksiya həmçinin Samsung-un Android 10 və ya daha yeni Android versiyasını dəstəkləyən smartfonlarında da aktiv olacaq.
Məlumatların iOS-dən Android-ə köçürülməsi funksiyasının digər brendlərin smartfonları üçün nə zaman aktiv olacağı barəsində məlumat daha sonra veriləcək. Multimedia faylları üçün müxtəlif bulud yaddaşı platformalarının problemini Whatsapp tərtibatçıları özünəməxsus şəkildə həll ediblər. Belə ki, multimedia fayllarının smartfonlar arasındakı mübadiləsi USB Type-C / Lightning naqilləri vasitəsilə reallaşdırılır. Bundan əlavə olaraq 2 ehtiyat kopyasının birləşdirilməsi əvəzinə Whatsapp bütün məlumatları birbaşa yeni cihaza yazır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək