main-post-cover

    WhatsApp-da səhvən göndərdiyiniz ismarıca görə artıq peşman olmayacaqsınız (YENİLİK)

    Sosial Media
    27.10.2017
    Farid Pardashunas
    WhatsApp-da yeni funksiyanın əlavə olunması barədə neçə aylardır ki, şaiyələr gəzirdi.
    Lakin beta versiyalarda həmin funksiya lazımi dərəcədə yaxşı çalışmırdı. Nəhayət ki, bu yeni funksiya mütəmadi şəkildə çalışmağa və yavaş-yavaş hamı üçün aktiv olmağa başlayıb. Yeni funksiya sayəsində hansısa ismarıcı göndərmiş şəxs həmin ismrıcı bütün cihazlardan silə biləcək. Həmin ismarıc nəinki sizin messencerinizdən, həmdə ismarıc göndərilmiş şəxsin messencerindən də silinəcək. Bu funksiya əsasən o hallarda yaxşıdır ki, əgər istifadəçi səhvən hansısa ismarıcı və ya faylı digər şəxsə göndərib.

    Lakin burda 3 nüans var. İlk növbədə siz göndərilmiş ismarıcı yalnız 7 dəqiqə ərzində silə bilərsiniz. İkincisi əgər ismarıcı göndərdiyiniz şəxs messenceri açıb həmin ismarıcı oxusa, onda sizin, həmin ismarıcı silməyinizlə ikinci şəxsin onu screenshot etməsinə mane olacaqsınız. Üçüncü nüans isə ondan ibarətdir ki, ismarıcın silinməsi barəsində heç bir bildiriş gəlmir. Yəni ismarıcın silinməsi sorğusu həqiqətən də uğurlu şəkildə baş tutub-tutmaması bilinmir.
    Yeni funksiya hələki bir sıra istifadəçilər üçün aktivdir. Lakin yaxın zamanda hamı üçün təqdim ediləcək. İlk öncə yeni funksiya Android istifadəçiləri üçün aktiv olacaq. Yeni funksiyadan istifadə etmək üçün pozmaq istədyiniz ismarıcı seçirsiniz və yuxarı hissədəki zibil qutusunu klikləyirsiniz. Bundan sonra sizin qarşınıza seçim çıxacaq. İsmarıcı lokal şəkildə silmək və ya bütün cihazlarda silmək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər