main-post-cover

    Whatsapp'da təhlükəli sistem boşluğu aşkar edilib

    Sosial Media
    09.08.2018
    Farid Pardashunas
        Təsəvvür edin ki, sizin Whatsapp yazışmanıza heç də yaxşı niyyəti olmayan üçüncü şəxs daxil olub. Belə ki, Check Point şirkıətinin mütəxəssisləri bunu etməyə imkan verən təhlükəli sistem boşluğu aşkar ediblər. Həmin sistem boşluğu sayəsində istənilən hacker istifadəçinin çatına daxil olaraq mesajları elə dəyişə bilər ki, onlar əvvəlki mənalarını tamamilə itirə bilərlər. Sözügedən sistem boşluğundan bir neçə üsulla istifadə etmək olar. Çatdakı istifadəçinin mesajındakı sözləri dəyişmək, çat istifadəçisi adından ünsiyyət qurmaq və qrup çatlarına hamı tərəfindən görüləcək mesajlar göndərmək. Whatsapp-dakı bu sistem boşluğundan istifadə etmək üçün sadəcə olaraq şifrələnmiş trafiki ələ keçirtmək lazımdır. Bunu etdikdən sonra potensial qurban artıq hackerlərin əlində olacaq. Əgər bu sistem boşluğu yaxın zaman ərzində aradan qaldırılmasa baş verə biləcək fəsadların ciddiliyini təsəvvür etmək çətindir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər