
Instagram-ın məşhur funksiyası bugün WhatsApp-a gəlir!
Sosial Media
07.05.2017
Farid
Dünyadakı bütün tətbiqlərin "Snapchat"a oxşama prossesi sürətlə davam edir. Bu siyahıya daxil olan növbəti şəbəkə isə "WhatsApp" oldu və tətbiqə əlavə edilən hekayələr xüsusiyyəti bugündən etibarən aktiv olur.
"Facebook"un bütün tətbiqləri bir-bir "Snapchat"a oxşamağa
başlayır. Beləki, "Instagram"dan sonra indi də "WhatsApp"a da "Snapchat"dakı kimi hekayələr funksiyası əlavə edilir. Bugün gələcək yenilənmə ilə birlikdə artıq əvvəllər sadəcə mesaj
və ya emosiyalar istifadə edilə bilinən status bölməsində, şəkillər və yazılarla
hekayənizi paylaşa biləcəksiniz.
"WhatsApp Status"un üstün tərəfi isə istədiyinizdə
bağlaya bilmənizdir. Bundan başqa "WhatsApp" tətbiqinə gələcək bir yenilənmə ilə
bütün istifadəçilərə təqdim olunacağını da bildirməliyik. Yəni bugün ərzində "WhatsApp" yeniləndikdən sonra tənzimləmələr bölməsinə baxmağınız sizin xeyrinizə
olacaq.
Təxmin edə biləcəyiniz kimi statusunuza şəkil, video ya
da GIF görüntüləri əlavə edə bilər, müxtəlif emosiyalar və dizaynlarla bu şəkilləri
şəxsiləşdirə bilərsiniz. Bir status əlavə etdiyinizdə isə onu, 24 saat ərzində
profilinizdə izləmək mümkün olacaq. Daha sonra isə yox olub gedəcək.
Son olaraq da bu
xüsusiyyətin də "görüldü” sayğacına sahib olacağını bildirək. Beləliklə, status
paylaşımlarınızın siyahısında neçə nəfərin gördüyünün siyahısını tuta biləcəksiniz.
Paylaş
Bənzər xəbərlər