Logo
    main-post-cover

    Whatsapp'dan Instagram'a mesaj yazmaq mümkün olacaq

    Sosial Media
    25.01.2019
        Facebook şirkəti Instagram ilə Whatsapp Messenger tətbiqlərini birləşdirmək niyyətindədir. Bu barədə The New York Times saytı xəbər verib. Məlumata əsasən bu, Mark Zuckerberg-in planıdır. Lakin bu tətbiqlər arasındakı inteqrasiya 2020-ci ildən tez bitməyəcək. Sözügedən hər 3 tətbiq həmişəki kimi ayrı-ayrılıqda çalışacaq. Lakin onların mesajlaşma infrastrukturları dəyişəcək.
        Başqa sözlə desək məsələn Messenger istifadəçisi Messenger-dən çıxmayaraq Instagram-dakı dostuna mesaj yaza biləcək. Bununla belə Zuckerberg bütün mesajların end-to-end şifrələnməsini istəyir. Məlumata əsasən bu layihə hələki çox erkən mərhələdədir. Bu layihə ilə məşğul olan komandanın sözlərinə əsasən onlar layihəni ya bu ilin sonuna yada gələn ilin əvvəlinə sonlandırmağı planlaşdırırlar. Məlumata əsasən tərtibatçılar Messenger, Instagram və Whatsapp-ın kodlarında baza dəyişiklikləri etməli olacaqlar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Whatsapp'dan Instagram'a mesaj yazmaq mümkün olacaq | Technote