Whatsapp daxilində şirkətləri axtarmağa və onların məhsullarını almağa imkan verən funksiya istifadəyə verilib

Whatsapp daxilində şirkətləri axtarmağa və onların məhsullarını almağa imkan verən funksiya istifadəyə verilib

Sosial Media
18.11.2022 PAYLAŞIM

    Whatsapp tərtibatçıları messencer daxilində alıcılar ilə şirkətlər arasındakı əlaqəni sadələşdirmək üçün nəzərdə tutulmuş yeni funksiyanı anons ediblər. Faktiki olaraq messencer inteqrasiya edilmiş biznes kataloqu əldə edəcək. Bu isə öz növbəsində sahibkarlara öz xidmətlərinin reallaşdırılması üzrə yeni üsulları təqdim edəcək. Business Finder adlı yeni funksiya Whatsapp daxilində şirkətləri adlar və kateqoriyalar üzrə axtarmağa imkan verəcək. Kateqoriyalara misal olaraq turizm, geyim, qida, bank xidmətləri və s. gətirmək olar.


    Business Finder funksiyası vasitəsilə lazımi şirkəti tapandan sonra onunla sürətli şəkildə əlaqə yaratmaq və ya tapılmış şirkətin məhsulları ilə xidmətlərindən yararlanmaq olar. İstifadəçi ikinci variantı seçdiyi halda yerindəcə ödənişi reallaşdıra biləcək. Bu, hansısa məhsulun, nəqliyyat vasitəsinə biletin alınması və ya bankda hesabın açılması ola bilər. Bütün bunlar xüsusi interfeys vasitəsilə birbaşa messencer daxilində reallaşdırılacaq. Whatsapp-ın yeni funksiyası hələ ki, Braziliya, İndoneziya, Meksika, Kolumbiya və Böyük Britaniyadakı Whatsapp Business istifadəçiləri üçün aktivdir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yaxın zamanda Whatsapp-da səsli statuslar funksiyası istifadəyə veriləcək

Whatsapp tərtibatçıları messencerə yeni funksiyalar əlavə etməyə hazırlaşırlar.


Elon Musk Twitter üçün 2 yeni təsdiq ikonunu anons edib

Elon Musk Twitter-dəki təsdiq ikonları ilə bağlı yeni qərar verib.


Elon Musk Twitter-ə səsli və video zəngləri əlavə etməyi planlaşdırır

Elon Musk-ın Twitter daxilində şirkət əməkdaşları ilə keçirtmiş olduğu görüş çərçivəsində o, qeyd ed..


Whatsapp-ın desktop versiyası Telegram-da mövcud olan funksiyanı əldə edəcək..

Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş beta versiyasında messencerdə istifadəyə veriləcək yenilik..


Twitter-də saxta istifadəçi hesabları ömürlük bloklanacaq

Elon Musk qeyd etmişdi ki, o, daha öncə Twitter-də bloklanmış istifadəçi hesablarını bərpa edəcək...

×