main-post-cover

    WhatsApp-ın Android versiyasına yaxın zamanda gələcək funksiyalar

    Sosial Media
    11.12.2017
    Farid Pardashunas
    WhatsApp Android versiya üçün olan yeni funksiyaları test edir. Baxaq görək yaxın zamanda Android istifadəçilərini hansı yeni özəlliklər gözləyir.
    Tap and hold to unblock” adlı yeni funksiya sayəsində istifadəçilər block olunmuş şəxsin üzərinə klik edərək onu blockdan çıxara və ismarış göndərə bilərlər.
    iOS-də olduğu kimi dəvətnamə linkləri funksiyası. Bu funksiya artıq bir müddətdir ki, tətbiqin iOS versiyasında çalışır və yaxın zamanda Android-də də aktiv olacaq. Həmin funksiya sayəsində istifadəçiləri qrup çatlarına dəvət etmək olar.
    Shake to report” adlı yeni funksiya sayəsində istifadəçilər öz smartfonlarını silkələyərək WhatsApp-ın dəstək servisi ilə əlaqə saxlayaraq tətbiqin hansısa problemi barəsində məlumat verə bilərlər.
    Yeni admin özəllikləri. Çat adminləri üçün olan yeni funksiyalar sayəsində onlar çatın iştirakçılarına ismarış göndərə, qrup çatının məlumatlarını redaktə və s. edə bilərlər. Qeyd etmək laızmdır ki, bu funksiyalardan bəziləri tətbiqin beta versiyasında var. Lakin bu o demək deyil ki, onlar tətbiqin final versiyasına daxil olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər