main-post-cover

    WhatsApp-ın Android versiyasına yeni funksiyalar gəldi

    Sosial Media
    16.03.2018
    Farid Pardashunas
    WhatsApp-a gəlmiş yenilik Android istifadəçilərinə yeni funksiyaları təqdim edir.
        Bu funksiyalardan bəziləri daha öncədən iOS istifadəçiləri üçün istifadəyə verilmişdi. İndi isə sıra Android istifadəçilərinə çatıb. Beləliklə yeni funksiyalardan biri sayəsində Android istifadəçiləri WhatsApp-dakı qrup çatlarına məlumat təsviri əlavə edə bilərlər Beləliklə sizin dostlarınız müəyyən qruplarda vacib məlumat və mövzu barəsində agah olacaqlar.
        Onu da qeyd etmək lazımdır ki, qrup çatlarının məlumat təsviri yeni istifadəçilərin dəvət sosial media,sosiolunması üzərindən əks olunacaq. Bundan əlavə olaraq Android istifadəçiləri qrup çatlarında iştirakçılar arasındakı axtarışı birbaşa qrup məlumatları bölməsindən edə biləcəklər. Son yenilik isə ondan ibarətdir ki, Android istifadəçiləri audio və videozənglər arasında sürətli keçid edə biləcəklər. Məsələn audiozəng zamanı bunu etmək üçün sadəcə olaraq videozəng düyməsinə klik etmək kifayət edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər