main-post-cover

    Whatsapp-ın desktop versiyası Telegram-da mövcud olan funksiyanı əldə edəcək

    Sosial Media
    23.11.2022
    Farid Pardashunas
        Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş beta versiyasında messencerdə istifadəyə veriləcək yenilik barəsində məlumat aşkar edilib. Məlumata əsasən yaxın zamanda messencerin desktop versiyası istifadəçilərə Zoom, Skype Telegram-da yaxşı tanış olan funksiya aktiv olacaq. İnsayderlər tərəfindən təqdim edilmiş screenshot fotoda messencerin yenilənmiş yan paneli əks olunub. Həmin yan paneldə isə zəngləri əks etdirən düymə var. Həmin düyməyə klikləməklə istifadəçi Whatsapp üzərindən etmiş olduğu zənglərin tarixçəsini və kontaktlar üzrə axtarış imkanını əldə edəcək. Bu funksiyanın desktop Whatsapp-ın stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir. İnsayderlər bildiriblər ki, sözügedən yeni funksiyanın istifadəyə verilməsindən sonra Whatsapp, Zoom vəə Skype kimi servislər ilə daha effektiv rəqabət apara biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər