main-post-cover

    Whatsapp'ın iOS versiyasına Instagram və Facebook videolarının dəstəyi gəlib

    Sosial Media
    07.05.2018
    Farid Pardashunas
    iOS üçün olan Whatsapp-ın yeni versiyasına Instagram Facebook sosial şəbəkələrindən olan videoların birbaşa messencerdə baxılması funksiyası gəlib. Qeyd etmək lazımdır ki, YouTube videolarının birbaşa messencerdə baxılması funksiyası çoxdandır ki, mövcud idi. Həmin fuksiya həmçinin Photo-in-Photo rejimini də dəstəkləyir. Beləliklə istifadəçi videoya baxa-baxa messencerdəki çatlara nəzər yetirə bilər. İndi isə bütün bu özəlliklər Instagram və Facebook-dan olan videolar üçün də aid edilib.
    Həmçinin qrup çatlarının adminləri üçün də bəzi yeniliklər əlavə olunub. Bundan sonra hər hansı bir qrupu yaratmış admin digər şəxsə verdiyi adminliyi ondan geri ala biləcək. Bundan əlavə olaraq qrup adminləri qrupun fotosunu, təsvirini və temasını dəyişə biləcək üzvləri də seçə bilərlər. Qeyd etmək lazımdır ki, Facebook F8 2018 konfransında Mark Zuckerberg bildirmişdi ki, messencerə qrup videozəngləri və stikerlər funksiyası əlavə olunacaq. Lakin bu funksiyaların nə zaman messencerə əlavə olunacağı barəsində o heç bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər