WhatsApp-ın iOS versiyasına yeni funksiya gəldi

18.01.2018 0 PAYLAŞIM 1302 OXUNMA

Yeni funksiya hələki yalnız iOS istifadəçiləri üçün aktivdir və onlara WhatsApp-dan çıxmadan messencer daxilində YouTube videolarına baxmaq imkanını verir.

Beləliklə WhatsApp YouTube ilə inteqrasiya üçün yeniləndi. Messencerin sonuncu versiyası artıq App Store-da mövcuddur. Əvvəllər YouTube linklərinə klik edərkən videonu yalnız YouTube tətbiqi vasitəsilə seyr etmək mümkün idi. Bu zaman WhatsApp isə arxa fona keçid edirdi. Lakin inteqrasiya yeniliyindən sonra YouTube videolarına messencerdən çıxmayaraq baxmaq mümkündür. Bundan əlavə olaraq WhatsApp Picture-in-Picture özəlliyini də özündə birləşdirir.


Beləliklə istifadəçi videoya baxdığı zaman da ismarış yaza biləcək. Picture-in-Picture rejimində video standart idarəetmə panelinin (video oynatma, pausa, video bağlanışı və tam ekran rejimi) olduğu kiçik pəncərədə əks olunur. Videonun ölçüsünü həmçinin dəyişmək və onun əks olunduğu kiçik pəncərənin ekran üzərində yerini dəyişmək olar. Hal hazırda YouTube inteqrasiya funksiyası yalnız bəzi iOS istifadəçiləri üçün aktivdir. Lakin yaxın zamanda hamı üçün təqdim olunacaq. Yeni funksiyanın Android üçün nə zaman təqdim olunacağı barəsində isə hələki heç bir məlumat yoxdur.