main-post-cover

    WhatsApp-ın iOS versiyasına yeni funksiyalar əlavə olundu

    Sosial Media
    08.06.2017
    Farid Pardashunas

    WhatsApp-ın iOS versiyası yeni funksiyalara sahib olub.

    Yeni funksiyaların arasında filtrlər var. Bundan sonra WhatsApp-da fotoları filtr köməkliyi ilə redaktə etmək mümkün olacaq. Həmin filtrlərdən istifadə, ğursuz işıqlanmaya sahib fotoların daha yaxşı şəkildə görünməsinə yardımçı olacaq.
    İkinci yeni funksiya isə “Sürətli cavablar” adlanır. Bu funksiya sayəsində istifadəçilər çox rahat şəkildə qrup çatlarda iştirak edə biləcəklər. Belə ki, ümumi çatda konkret bir ismarıca cavab vermək mümkün olacaq. Bunun üçün sadəcə olaraq konkret ismarıca klik etmək lazımdır. Beləliklə qrup çatında iştirak edən digər istifadəçilər hansısa ismarıcın kimə ünvanlanmasında problem yaşamayacaqlar. Sonuncu yenilik isə WhatsApp vasitəsilə çoxlu fotolar əldə edən insanlar üçün nəzərdə tutulub. Belə ki, hansısa şəxs tərəfindən qəbul olunmuş bütün fotolar xüsusi albomda yığılacaq. Qeyd etmək lazımdır ki, bu yeni funksiyalar hələki yalnız iOS istifadəçiləri üçün nəzərdə tutulub. Lakin “Facebook”un verdiyi məlumata əsasən yaxın zamanda bu funksiyalar Android istifadəçiləri üçün də aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər