WhatsApp-ın iOS versiyasına yeni funksiyalar gəldi

WhatsApp-ın iOS versiyasına yeni funksiyalar gəldi

Sosial Media
04.04.2018 PAYLAŞIM

    Məşhur WhatsApp messencerinin iOS versiyasına bir sıra yeni funksiyalar gəlib. Beləliklə yeni funksiyalardan birinin sayəsində ən son yenilənmiş statusları vidjetlər ekranında görmək olacaq. Vidjetlər iPhone-nun bildirişlər mərkəzində qoşula bilər. Beləliklə yenilənmiş statusları görmək üçün istifadəçilərin tətbiqə daxil olmalarına ehtiyac qalmayacaq. Messencerin iOS versiyasına həmçinin audioismarışları çat xaricində dinləmək xüsusiyyəti də gəlib. Bundan sonra istifadəçilər rahatlıqla digər tətbiqlərdəki işlərini görərək WhatsApp-a gəlmiş audioismarışları dinləyə bilərlər.


Bənzər xəbər


    Audioismarışı hətta smartfon ekranını bloka salandan sonra da qulaq asmaq mümkün olacaq. Bu halda bloklanmış smartfon ekranında audioismarış bildirişi əks olunur. Bu isə öz növbəsində istifadəçinin yadına salır ki, audioismarış dinlənmə rejimindədir. Sözügedən yeniliklər hal-hazırda iOS 7 və daha yuxarı versiya əməliyyat sistemində WhatsApp-ın 2.18.40 versiyasında aktivdir. Qeyd etmək lazımdır ki, messencerin iOS versiyası yaxın zamanda daha bir sıra yeni funksiyalar əldə edəcək. Onların arasında yenilənmiş qrup videozəngləri, stiker ötürülməsi və s. kimi funksiyalar olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ən çox konfidensial məlumat yığan servislərin reytinqi tərtib olunub

Apple sayəsində iOS istifadəçiləri bu və ya digər tətbiqin hansı konfidensial məlumatları yığdığını ..


Almaniya hökuməti Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmağı qa..

Almaniya dünyada ilk dəfə Facebook-un Whatsapp istifadəçilərinin məlumatlarını yığmasını qanun səviy..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesabları ..

Son zamanlarda Whatsapp messenceri yeni konfidensiallıq siyasətinə görə sərt şəkildə tənqid olunur. ..


Clubhouse-un Android versiyası bəzi istifadəçilər üçün təqdim olunub

iOS-də istifadəyə verilməsindən 1 il sonra Clubhouse sosial şəbəkəsi sonunda Android üçün təqdim olu..


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...

×