Logo
    main-post-cover

    WhatsApp-ın pul köçürmələri funksiyasından yeni məlumatlar

    Sosial Media
    09.02.2018
    Hələ 1 il bundan öncə məlum olmuşdu ki, WhatsApp messencerinə pul köçürmələri funksiyası əlavə olunacaq.
        İnternetdə isə bu funksiyanı əldə etmiş ilk şəxslərdən birinin etdiyi screenshot yayılıb. Qeyd etmək lazımdır ki, messencer bu yeni funksiyanı artıq Hindistanda test edir. Təqdim olunmuş screenshot-a nəzər yetirdikdə sağ tərəfdə bu yeni funksiyanı dəstəkləyən bankların siyahısını görmək olar. Bu funksiyaya qoşulmaq üçün isə SMS vasitəsilə istifadəçiyə gələn kod sayəsində telefon nömrəsini təsdiq etmək lazımdır.

        Daha sonra isə istifadəçi öz hesabının olduğu bankı siyahıdan seçməlidir. Pul köçürmələri funksiyası Unified Payments Interface (UPI) interfeysi üzərində qurulub. Beləliklə istifadəçilər bir birlərinə komissiyasız və pulsuz şəkildə pul göndərə biləcəklər. İlkin mərhələdə messencer yalnız istifadəçilər arasındakı pul köçürmələrini dəstəkləyəcək. Gələcəkdə isə bu funksiyaya müxtəlif xidmətlərin ödənişi daxil edilə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    WhatsApp-ın pul köçürmələri funksiyasından yeni məlumatlar | Technote