Whatsapp'ın qrup çatlarına 4 yeni funksiya gəldi

Whatsapp'ın qrup çatlarına 4 yeni funksiya gəldi

Sosyal Medya
16.05.2018 PAYLAŞIM

Məşhur Whastapp messencerinin qrup çatlarına 4 yeni funksiya əlavə olunub. Həmin funksiyalar ilə aşağıdan tanış ola bilərsiniz:


- Qrup çatının təsviri: Bundan sonra hər hansı qrup çatına qatılmış yeni istifadəçi xüsusi banner ilə qarşılaşacaq. Həmin bannerdə isə qrup çatının məqsədi, onda müzakirə olunan əsas mövzu, qaydalar və s. kimi məlumatlar yer alacaq.

- Adminlər üçün idarəetmə funksiyaları: Qrup çatının adminləri bundan sonra qrup çatı istifadəçilərinin hüquqlarını dəyişə biləcəklər. Beləliklə istənilən istifadəçi qrup çatının fotosunu və təsvirini dəyişə biləcək.

- Qaçırılmış məlumatların icmalı: Bundan sonra qrup çatına daxil olmuş istifadəçi ona ünvanlanmış bütün mesajları görə biləcək. Bunun üçün messencerin aşağı sağ hissəsinə “@” işarəsi əlavə olunub.

- Qrup çatında hər hansısa istifadəçinin axtarışı: Bundan sonra istənilən istifadəçi qrup çatının axtarış bölməsində hər hansısa digər istənilən şəxsi sadəcə olaraq adı vasitəsilə tapa biləcək.

Daha bir yenilik isə ondan ibarətdir ki, bundan sonra qrup çatının yaradıcısını qrupdan çıxartmaq mümkün olmayacaq. Əgər hər hansısa istifadəçi bu və ya digər qrup çatından öz istəyi ilə çıxsa, onda onun özünün istəyi olmadan heç bir digər istifadəçi onu yenidən qrup çatına əlavə edə bilməyəcək. Qrup çatları üçün olan bu yeni funksiyalar messencerin Android iOS versiyalarının sonuncu yenilənməsində artıq aktivdir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook geri addım atdı:WhatsApp-da reklam göstərmək fikrindən imtina edildi..

Dünya nəhəngi Facebook, bir müddət əvvəl WhatsApp-da reklam göstərmək istəyirdi. Lakin bu gün çıxan ..


'Azercell Telekom' MMC-nin 'Mobil Diş Klinikası' hesabatını açıqladı

“Azercell Telekom” MMC-nin uğurla fəaliyyət göstərən “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlə..


Instagram mesajlarını web üzərindən cavablamaq olacaq

İnstagram istifadəçilərin tələblərini nəzərə alaraq artıq web sayt üzərindən də mesajları cavablamağ..


Facebook-un veb versiyasının yeni dizaynı test edilir

Keçən ilin may ayında Facebook şirkəti öz sosial şəbəkəsində böyük dizayn dəyişikliyini anons etmişd..


Azercell-in dəstəyi ilə fəaliyyət göstərən 'Uşaq Qaynar Xətt' xidmətinə 2019-cu ..

Fəaliyyət dövrü ərzində daima sosial layihələr həyata keçirən Azərbaycanın lider mobil operatoru “Az..


İnnovativ "Mobil Ödəmə" xidməti artıq Azərbaycanda!

Əlverişli xidmət Azercell Telekom tərəfindən PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar..