Logo
    main-post-cover

    Whatsapp'ın qrup çatlarına yeni funksiya əlavə ediləcək

    Sosial Media
    04.04.2019
        Whatsapp-ın yenilənmiş versiyasında istifadəçilər qrup çatlarına yeni insanları əlavə edə bilən istifadəçiləri məhdudlaşdıra biləcəklər. Bu barədə Gagadget saytı xəbər verib. Tərtibatçılar messencerdə yeni bölmənin olacağını anons ediblər. Həmin bölmədə istifadəçilər qrup çatına kimlərin yeni insanları dəvət edə biləcəklərini seçə biləcəklər.

        Bunun üçün sadəcə olaraq konfidensiallıq ayarlarına daxil olub təqdim olunacaq 3 variantdan birini seçmək lazım olacaq: "Everyone", "My contacts" və "Nobody". Seçim o qədər də böyük olmasa da, bu üsulla istifadəçiləri lazımsız bildirişlərdən kənarlaşdırmağa müəyyən mənada nail olunacaq. Hal hazırda bu funksiya test rejimində çalışır və yalnız bəzi istifadəçilər üçün aktivdir. Yaxın zamanda isə qrup çatlarında bu ayarı hamı aktivləşdirə biləcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Whatsapp'ın qrup çatlarına yeni funksiya əlavə ediləcək | Technote