main-post-cover

    WhatsApp-ın qrup zənglərinə yeni funksiya gəlir

    Sosial Media
    06.02.2018
    Farid Pardashunas
    WhatsApp messencerinin yeni beta versiyası çıxdı və ona qrup zəngləri ilə bağlı yeni funksiya əlavə olundu.
        Belə ki, bundan sonra istifadəçi qrup zənginə əlavə 3 nəfəri də daxil edə biləcək. Beləliklə bundan sonra qrup zənglərində 5 nəfər iştirak edə biləcək. Qrup zənginə əlavə şəxslərin daxil edilməsi üçün nəzərdə tutulmuş yeni düymə ekranın yuxarı sağ hissəsinə əlavə olunacaq. Həmin düyməyə klik edərək siz kontaklarınızda olan istənilən 3 əlavə şəxsi qrup zənginə daxil edə bilərsiniz. Bu yeni funksiyanın yalnız audiozənglər və ya həmçinin videozənglər üçün də aid olunduğu hələki bilinmir. Hər halda yeni funksiya yaxın zamanda bütün istifadəçilər üçün aktiv olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər