WhatsApp-ın səsli ismarıc funksiyasına çoxdan gözlənilən yenilik gəlir
Sosial Media
16.11.2017
Farid Pardashunas
WhatsApp-da “push-to-talk” səsli ismarıclar funksiyası hələ 2013-cü ildə yaranmış və həmin vaxtdan həmin funksiyada elə də böyük bir dəyişiklik olmamışdı.
İndi isə görünür ki, həmin
funksiya üçün ciddi yeniliklər gəlir. Belə ki, messencerin yenilənmiş
versiyasında öz səsli ismarıcınızı yazmağa başladığınız zaman WhatsApp
avtomatik olaraq mikrofon düyməsi yerində xüsusi interfeysi əks etdirəcək. Təqribi
yarım saniyədən sonra isə istifadəçi fasiləsiz səsyazma prosesinə keçid edə biləcək.
Beləliklə istifadəçi mikrofon düyməsini tutmadan öz səsini yaza biləcək. WABetaInfo
saytı həmin interfeysin fotolarını təqdim edib.
Bununla yanaşı səsyazma prosesi
zamanı istifadəçi öz köhnə ismarıclarına da baxa biləcək. Məsələn bu üsulla o
biləcək ki, daha əvvəllər ikinci şəxs ilə hansı mövzularda söhbət aparıb.
Bununla yanaşı yeni funksiyanın bir neçə məhdudiyyəti də olacaq. Belə ki,
istifadəçi səsyazma prosesi zamanı foto və videoya baxa bilməyəcək. Bundan əlavə
olaraq səsyazma zamanı mətn ismarıcı yazmaq və digər çatlara yönlənmək də
mümkün olmayacaq. Bunu edən zaman səsli ismarıc avtomatik olaraq pozulacaq. Hal
hazırda bu funksiya messencer tərtibatçıları arasında test edilir və yaxın
zaman ərzində adi istifadəçilər üçün aktiv olmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)