
Whatsapp iOS versiyası yeniləndi
Sosial Media
07.05.2017
Farid
Whatsapp, tətbiqin iOS versiyası üçün yenilənmə paylaşdı. Dünyanın ən məşhur anlıq mesajlaşma tətbiqi Whatsapp üçün gələn yeniliklərin detalları xəbərimizdə!
Android əməliyyat sistemində uzun bir müddətdir istifadə edilən bir xüsusiyyət
də bu yenilənmə ilə iOS istifadəçiləri üçün aktiv edildi.
Whatsapp iOS versiyası ilə aktiv internet qoşulması
olmayanda passiv vəziyyətə keçən "Göndər” düyməsi aktiv hala gəldi. Beləliklə
internet bağlantınız olmadıqda mesajlarınızı yazıb göndərə bilərsiniz, aktiv
internet bağlantısı gəldiyi zaman da mesajlar qarşı tərəfə çatdırılır.
Daha əvvəldən 10 şəkili bir dəfəyə
göndərə bilərkən, bu yenilənmə ilə 30 şəkil və ya video göndərmək mümkün hala gətirildi.
Son olaraq məlumat və yaddaş istifadəsi də daha funksional hala gətirildi.
Paylaş
Bənzər xəbərlər