Logo
    main-post-cover

    Whatsapp, istifadəçi mesajlarını mühafizə orqanlarına təqdim edəcək

    Sosial Media
    13.08.2018
        Dünyanın ən məşhur messenceri olan Whatsapp, mesajların şifrələnməsi sistemindən imtina etmək qərarına gəlib. Məlumata əsasən bu qərar Facebook şirkətinin tələbi ilə qəbul olunub. Facebook-un CEO-su Mark Zuckerberg-in sözlərinə əsasən bu cür addım öz növbəsində ABŞ hökumətinin tələbi nəticəsində atılıb.
        Məlumatda qeyd olunub ki, 2019-cu ildə Facebook şifrələnmə sisteminin daha sadələşdirilmiş versiyasına sahib xüsusi Whatsapp messencerini təqdim edəcək. Onun sayəsində mühafizə orqanlarının əməkdaşları, onları maraqlandıran istifadəçilər barəsində məlumatlar əldə edə biləcəklər. Bu üsulla mühafizə orqanları potensial terrorçular və psixi qüsurlu insanlar barədə xəbərdar olacaqlar. Bununla yanaşı yaxın zaman ərzində sözügedən messencerdə reklamlar da tətbiq olunacaq. Bu isə messencerin tez bir zamanda gəlirli olması üçün edilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...