
WhatsApp, istifadəçilərini razı salacaq yenilənməsini paylaşdı
Sosial Media
07.05.2017
Farid
WhatsApp Status funksiyası ilə bəzi istifadəçi kütləsindən mənfi reaksiya alan WhatsApp-ın Android versiyası üçün bir yenilənmə daha gəldi.
WhatsApp
Android versiyası üçün paylaşılan yenilənmədə gözə çarpan ilk dəyişiklik söhbət
ekranında oldu. Əvvəlki versiyada əlavə göndərməyinizə şərait yaradan
funksiyanın işarəsi söhbət pəncərəsinin üst hissəsində idi. Ancaq bu yenilənmə
ilə həmin işarə yazı yazdığımız sahəyə köçürülüb. Beləliklə yazışma içinə əlavələr
etmək çox daha asan bir hala gəldi.
Bir
digər dəyişiklik isə WhatsApp Status funksiyası ilə silinən yazılı statuslar, bu yenilənmə ilə
geri gəldi. Artıq kontakt siyahınızın alt hissəsində əvvəllər olduğu kimi bir
status yazıla biləcək ancaq bu status hissəsinin adı "haqqımda” olaraq dəyişdirildi.
Mənbə: SDN
Paylaş
Bənzər xəbərlər