Whatsapp, şirkətlərin öz müştərilərinə mesaj göndərmə özəlliyini ödənişli edəcək
Sosial Media
02.08.2018
Farid Pardashunas
Whatsapp messenceri marketinq və servis mesajlarının göndərilməsi
üçün şirkətlərdən ödəniş alacaq. Bu cür mesajların göndərilməsi ölkədən asılı
olaraq 0.5 sentdən 9 sentə kimi qiymət göstəricisinə sahib olacaqlar. Hal
hazırda şirkətlər sözügedən messencer vasitəsilə müştərilərə məhsulun
çatdırılması, hansısa tədbirə biletlər haqqında məlumatlar və s. göndərə bilirlər.
Bunun üçün istifadəçi öz telefon nömrəsini şirkətin saytında və ya tətbiqində
yerləşdirməlidir. Bununla yanaşı Whatsapp vasitəsilə şirkətlər online rejimdə
müştərilərə yardım da göstərə bilərlər. Bəzi mesajların göndərilməsinin şirkətlər
üçün ödənişli olacağı halında həmin mesajların göndərilməsi sistemi seçki tərzində
olacaq. Qeyd etmək lazımdır ki, Whatsapp-ın istifadəçi kütləsi 1.5 milyard
insan təşkil edir. Bir neçə müddət bundan öncə Facebook şirkəti Whatsapp-ın tez
bir zamanda gəlirli olmasının üsullarını axtarırdı. Görünür, həmin üsullardan
biri də məhz bu olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ