Whatsapp üçün bir yenilik daha: Nömrə dəyişdirmək

Whatsapp üçün bir yenilik daha: Nömrə dəyişdirmək

Sosial Media
31.03.2018 PAYLAŞIM

Facebook, InstagramWhatsapp platformaları son aylarda yeniliklər ilə istifadəçilərin üzlərini gülümsətməyi bacarırlar. Bu səfər isə yenə bir Whatsapp xəbəri və yenə möhtəşəm bir yenilik gəldi. Mobil mesajlaşma platforması olan Whatsapp bu yeni funksiya ilə mobil operatorunu və ya nömrəsini dəyişdirənlərə çox fayda verəcək. Qeyd: Hələki Android üçün Whatsapp Beta 2.18.97 versiyasında var.

Artıq nömrənizi dəyişəndə bu haqda hərkəsə bildirim gedəcək. Bunun hesabına artıq heç kimə "nömrəmi dəyişdim" tipli mesajlar yazmağınıza ehtiyac olmayacaq.      


  Bildiyimiz kimi Whatsapp ayarlarında nömrə dəyişdirmək funksiyası var. Siz nömrənizi dəyişəndə bütün qrup mesajlarına bildirim gedir və nömrə dəyişdikdən sonra bu qruplara yenidən qoşulmaq kimi bir dərdimiz olmur. İndiki yenilik ilə artıq kontaktınızda olan hərkəsə bildirim gedəcək ki, bu şəxs nömrəsini dəyişdi. Bu halda artıq heç kimə "bu yeni nömrəmdir" tipli mesajlar yazmağa ehtiyac qalmayacaq. Bu yenilik hesabına artıq bildirim gedəcək insanları da ayrıca seçə biləcəksiniz. Amma qeyd edək ki, Whatsapp qruplarınıza gedən nömrə dəyişdirilməsı haqqındakı bildirimləri deaktiv etmək olmur. Whatsapp ayarlarında Hesab/Nömrə dəyişdir bölməsinə girərək nömrənizi dəyişdirə bilərsiz və bu halda proqram sizdən kontaktınızdakı insanlara bildirim gedib getməməsi üçün soruşacaq. Seçim isə sizə qalacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...


Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışı..

iOS platformasında Facebook və Instagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un k..


Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək.


Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib ye..


Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı..

×