main-post-cover

    WhatsApp yazışmalarını izləməyə imkan verən yeni tətbiq çıxdı

    Sosial Media
    29.03.2018
    Farid Pardashunas
        Əgər siz WhatsApp vasitəsilə dostlarınız və qohumlarınızla ünsiyyətdə olursunuzsa, onda bilməlisiniz ki, sizin kontaktlarınıza sizin nə zaman online olub-olmadığınızı və göndərilmiş ismarışları oxuyub-oxumadığınızı izləməyə imkan verən yeni servis ortaya çıxıb. Qeyd etmək lazımdır ki, hətta siz WhatsApp-da sonuncu dəfə nə zaman online olduğunuzu və ismarışları oxuduğunuzu göstərən funksiyaları deaktiv etsəz də bu servis həmin sadalanmış məlumatları əks etdirəcək. iOS üçün olan Chatwatch adlı yeni tətbiq WhatsApp-ın online/offline funksiyasının idarəetməsindən istifadə edərək istifadəçilərə onların dostlarının hansı vaxt intervalında messencerə daxil olub-olmadıqlarını söyləyir.

        Tətbiq həmçinin bu göstəriciləri iki kontakt arasında da müqayisə edə bilər. Beləliklə tətbiq həmin iki insanın bir-birilə ünsiyyətdə olub-olmamasını müəyyən edə bilir. Əgər siz hətta messencerin “Last Seen” funksiyasını deaktiv etsəz də sözügedən tətbiq sizin WhatsApp aktivliyinizi təyin edə biləcək. Tətbiqdə olan bir məhdudlaşdırıcı faktor ondan ibarətdir ki, digər insanların messencerdəki aktivliklərini təqdim etməsi üçün tətbiqə 24 saat vaxt lazım olur. Ümid edirik ki, WhatsApp bu sistem boşluğunu yaxın zamanda aradan qaldıra biləcək. O vaxta kimi isə istənilən şəxs 2$ ödəməklə bu tətbiq vasitəsilə sizi izləyə bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər