
WhatsApp`a ikiqat təhlükəsizlik sistemi gəlir
Sosial Media
07.05.2017
Farid
Son zamanlarda Braziliyada yaşadığı qadağalar
ilə gündəmə gələn anlıq mesajlaşma platforması WhatsApp, Android platformasında
kəşf edilən yeni ünsürlərə görə yaxın zamanda iki qat təhlükəsizlik sisteminə
keçməyə hazırlaşır. Ən son Beta versiyası içərisində təhlükəsizlik ilə əlaqəli
müəyyən faylları olan servis, bunu bizə təqdim etmir və gəlməsi ilə bərabər təhlükəsizliyin
də ciddi anlamda artırılması gözlənilir.
İki qat təhlükəsizlik
sistemi, hesabınıza daxil olduqda əsas şifrənizlə yanaşı, anlıq olaraq
telefonunuza SMS şəklində bir kodla işləyir və bunun WhatsApp platformasında
giriş məqsədilə deyil, köhnə danışıqları yenindən endirmək üşün istifadə ediləcəyi
ehtimal olunur. Hələlik bu barədə tam məlumat və istifadə tarixi bilinir.
Bundan başqa silinən mesajların əslində tam
olaraq silinməməsi ilə gündəmə gələn WhatsApp, mütəxəssislərin açıqlamalarına
görə mesajları özündə saxlayır və doğru alətlər ilə bu mesajları tapıb endirmək
asandır.
Paylaş
Bənzər xəbərlər