Logo
    main-post-cover

    Whatsapp\'a yaxında video zəng gələ bilər!

    Sosial Media
    08.05.2017
    Səsli zəng funksiyasını təqdim etməsilə populyarlığını artıran WhatsApp haqqında yeni bir iddia irəli sürülüb. Son deyimlərə görə çox yaxında WhatsApp'a video zəng funksiyası əlavə olunacaq.
    1444424012_img20151009234852.jpg

    SmartDroid saytının verdiyi məlumata əsasən yaxında WhatsApp ilə video zəng etmək mümkün olacaq. WhatsApp video zəng xüsusiyyətinin nə zaman gələcəyi ilə bağlı dəqiq vaxt verməyib. Amma gələn məlumatlara görə uzun müddətdir zəng funksiyası üzərində işləyən Whatsapp görüntülü zəngin olduqca yüksək data istifadə etməsi məsələsini minimuma endirməyə çalışır.
     
    WhatsApp üçün video zəng istifadəyə verildiyi təqdirdə, xüsusilə, Skype, Hangouts və Facebook Messenger kimi rəqiblərinə meydan oxuyacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Whatsapp\'a yaxında video zəng gələ bilər! | Technote