Yalançı mediaya qarşı mübarizə: Elon Musk, Pravda adlı sayt yaratmağı planlaşdırır
Sosial Media
24.05.2018
Farid Pardashunas
Tesla və SpaceX şirkətlərinin təsisçisi
Elon Musk müasir jurnalistikanı sərt şəkildə tənqid edib və jurnalistlərə güvən
səviyyəsinin qiymətləndirilməsi üçün nəzərdə tutulacaq Pravda adlı saytı işə
salacağını bildirib. Bu barədə o öz Twitter hesabında xəbər verib. İlk öncə Musk
müasir jurnalistikanın vəziyyətini KİV-də (Kütləvi İnformasiya Vasitələri)
Tesla barəsində mənfi rəylər bildirən jurnalistlərin fonunda sərt tənqid edib.
Onun fikrincə məqalələrdəki neqativ fikirlər getdikcə daha əhəmiyyətsiz
olurlar.
“Yalnız düzünü danışdıqlarını bəyan edən və müqəddəs riyakarlığa sahib böyük medialar sadəcə olaraq yalanı yayırlar” – deyə Musk bildirib.
Bundan
sonra The Verge saytının əməkdaşı Andrew Hawkins bildirib ki, Musk, ABŞ
prezidenti Donald Trump-a (o da medianı və fake xəbərləri tənqid edir) bənzəyən
adama çevrilir. Cavabında isə Musk bildirib ki, insanlar artıq jurnalistlərə
inanmırlar. Tesla şirkətinin müdafiəsində Musk bildirib ki, şirkət ətrafında
neqativ fikirlər ona görə yaranıb ki, Tesla öz rəqiblərindən fərqli olaraq
mediada reklam almır.
Nəticədə Musk istifadəçilərin hər bir məqalənin
düzgünlüyünü yoxlaya, jurnalist, redaktor və nəşrin doğruluq səviyyəsini izləyə
biləcəkləri saytın istifadəyə verilməsini planlaşdırdığını bildirib. Jurnalist Mark
Harris aşkar edib ki, Musk-ın əməkdaşlarından biri hələ 2017-ci ilin Oktyabr
ayında Pravda adlı şirkəti qeydiyyatdan keçirdib. İdeyaya əsasən media təmsilçiləri
saytdakı reytinqlərindən narahat olacaqlar və buna görə də ancaq düzgün məlumatları
dərc edəcəklər. Bundan əlavə olaraq sayt botlardan qoruyacaq və səhv məlumatı
yayan botlardan istifadə edən şəxsləri də aşkar edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!