main-post-cover

    Yaponiyalı milyarderin tweet'i Twitter tarixinin ən çox paylaşılan tweet'i oldu

    Sosial Media
    07.01.2019
    Emil Nəcəfov
        5 yanvar tarixində Zozo adlı geyim riteylerinin təsisçisi Yusaku Maezawa öz Twitter hesabında maraqlı bir tweet paylaşmışdı. Belə ki, o, həmin tweet-i paylaşacaq insanların arasındakı 100 təsadüfi şəxs arasında 100 milyon yen (923.000$) dəyərində uduş keçirəcəyini söz vermişdi. Nəticədə onun tweet-i 3 gün ərzində 5 milyon dəfə paylaşıldı. Bu barədə CNBC saytı xəbər verib. Məlumata əsasən sözügedən tweet Twitter tarixində ən çox paylaşılmış tweet olub. Maezawa uduş məqsədli sözügedən tweet-i şirkətinin Yeni il ərəfəsində 10 milyard yendən çox satış reallaşdırmasından sonra paylaşıb. Onu da qeyd etmək lazımdır ki, məhz bu şəxs SpaceX ilə keçən il müqavilə bağlayıb və o, SpaceX-in 2023-cü ildə kosmosa göndərəcəyi ilk kosmik turist olacaq.

    Linki kopyala