main-post-cover

    Yeni ildən WhatsApp iki əməliyyat sistemində öz dəstəyini dayandıracaq

    Sosial Media
    27.12.2017
    Farid Pardashunas
    Artıq yavaş-yavaş geridə qalan bu il ilə birlikdə məşhur messencer olan WhatsApp BlackBerry OS və Windows Phone 8.0 əməliyyat sistemlərində dəstəyi dayandırılacaq.
    Sözügedən messencerin bu əməliyyat sistemlərindəki son günü 31 Dekabr tarixi olacaq. Baxmayaraq ki, messencer bu platformalarda çalışmağa davam edcəcək, istifadəçilər yeni hesab yarada və ya artıq var olan hesabı aktivləşdirə bilməyəcəklər. Bundan əlavə olaraq şirkət bildirib ki, messencer bu sistemlərdə hər an öz işini dayandıra bilər.
    Son bir neçə ay ərzində WhatsApp bəzi maraqlı funksiyalar əldə etdi. Lakin BlackBerry Windows Phone üçün olan messencer versiyalarının yenilənməməsi səbəbindən istifadəçilər bu funksiyalardan istifadə edə bilməyəcəklər. BlackBerry istifadəçilərinin Android əməliyyat sistemli yeni smartfonlara keçid edilməsi məsləhət görülür. Windows Phone 8.1 və ya daha yuxarı versiyalara sahib istifadəçilər isə narahat olmasınlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər