Logo
    main-post-cover

    Youtube-da test edilən 1080p Premium məsələsinə aydınlıq gətirilib

    Sosial Media
    24.02.2023
        Hələ dünən xəbər ortaya çıxdı ki, Youtube-da videoların 1080p keyfiyyətində izlənməsi özəlliyi yalnız Youtube Premium abunəçiləri üçün aktiv olacaq və videoservis bu imkanı artıq test edir. İndi isə Youtube təmsilçiləri bu məsələyə aydınlıq gətiriblər. Verilmiş məlumata əsasən Youtube-da videoların 1080p keyfiyyətində izləmək imkanı pulsuz olaraq qalacaq. Lakin bununla yanaşı videoservis Youtube Premium üçün 1080p Premium rejimini test edir. Adi 1080p ilə 1080p Premium-un arasında nə kimi fərq var? “1080p Premium adi 1080p-nin yaxşılaşdırılmış bitrate-ə sahib versiyasıdır. Bunun sayəsində daha yüksək izləmə keyfiyyəti təmin olunur’ - deyə Youtube təmsilçiləri qeyd ediblər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Youtube-da test edilən 1080p Premium məsələsinə aydınlıq gətirilib | Technote