Logo
    main-post-cover

    YouTube'dakı videolar arasındakı keçid Instagram Stories tərzində olacaq

    Sosial Media
    16.01.2019
        YouTube istifadəçiləri yaxın zamanda videoları üfüqi swype vasitəsilə videolar arasındakı keçidi reallaşdıra biləcəklər. Yeni funksiya artıq bu həftə videoservisin iOS versiyasında aktiv ediləcək. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə istifadəçi videoservisdə sola swype edərək videoservis tərəfindən məsləhət görülən videolara keçid edə biləcək.

        Sağ tərəfə swype edəndə isə istifadəçi əvvəlki baxmış olduğu videoya qayıdacaq. Bununla belə baxılmış videoya qayıdan zaman həmin video qaldığı yerdən davam edəcək. YouTube-da olacaq bu yeni naviqasiya özəlliyi bir növ Instagram-ın Stories bölməsindəki paylaşımlar arasındakı keçidi xatırladır. Yeni funksiyanın, videoservisin Android versiyasında nə zaman aktiv ediləcəyi barəsində isə heç bir məlumat yoxdur.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    YouTube'dakı videolar arasındakı keçid Instagram Stories tərzində olacaq | Technote