main-post-cover

    Youtube keçən il öz bazasından 8 milyondan çox videonu sildi: Niyə ?

    Sosial Media
    24.04.2018
    Nijat Hamid
         Youtube hal-hazırda ən geniş bazaya malik olan video paylaşma platformalarından biridir. İllər əvvəl Google tərəfindən alınaraq daha da təkminləşən Youtube yüklənən videoları xüsusi alqoritmalar vasitəsilə və mümkün olduqca öz komandası hesabına analiz edib sonra təsdiqləyir. Bir sosial paylaşım saytı olduğu üçün özünə məxsüs qaydaları da var : Porno videolar, insanlara təsir edən subliminal videolar, cinayət, irqçilikcəmiyyəti ayağa qaldırmağa meyilli olan videolar Youtube tərəfindən silinir.
    Youtube-un yayımladığı məlumatlara görə, keçən ilin son aylarında, yəni 2017-nin Oktyabr-Dekabr ayları arasında 8.3 milyon video bazadan silinib.    
        8.3 milyon video zərərli olaraq qeydə alınıb və 6.7 milyonunu Youtube Alqoritmaları, geriyə qalan hissəni isə Youtube Komandası özü silib. Alqoritmanın 6.7 milyon sayında videonu silməsi çox yaxşı nəticədi, amma qeyd etmək lazımdır ki, hələ də milyonlarla zərərli video baza daxilində var. Yəni alqoritmaların daha da təkminləşdirilməyə ehtiyacı var.
       Bundan əlavə, məhşur xarici viner olan Logan Paul meşədə intihar etmiş birinin videosunu çəkib öz kanalında paylaşmışdı və nə Youtube Komandası, nə də alqoritmalar videonu silməmişdi. Bu da ağıllara bir sual gətirir: Niyə ?. Görünən odur ki, video servis platforması bəzi çox izlənilən videolarında bu qaydaları nəzərə almır. Dekabr ayında video analiz üçün 10.000 nəfər işçi qəbul edən Youtube artıq videoların daha tez analiz edib dəyərləndiriləcəyini deyir.
    Linki kopyala