main-post-cover

    YouTube servisinə heç gözlənilmədən Stories funksiyası gəlir

    Sosial Media
    30.11.2017
    Emil Nəcəfov
    Instagram ilə Snapchat-ın əsas özəlliklərindən biri onların Stories funksiyasına sahib olmalarıdır.
    Bu, qısa müddətli yaradılmış foto və videolar 24 saatdan sonra avtomatik olaraq silinmə özəlliyinə sahib paylaşımlardır. İndi isə bu funksiya məşhur videoservis olan YouTube-a əlavə olunub. Bu servis istifadəçilərə Reel adlı qısa videolar çəkməyə imkan verir. İstifadəçi isə bir neçə Reel video çəkib onu yükləyə bilər. Digər servislərdəki Stories paylaşımlarından fərqli olaraq YouTube-dakı Stories-lər 24 saatdan sonra avtomatik olaraq silinməyəcəklər. Onlar ömürlük olaraq adi YouTube videoları olan hissədə ayrıca qovluqda yerləşəcəklər.

    Hər bir Reel videosu 30 saniyə çəkəcək. İstifadəçilər həmin videolara filtr, stiker, mətn və ya digər YouTube videolarının linklərini əlavə edə bilərlər. Bundan əlavə olaraq istifadəçilər öz dostlarının paylaşdıqları Reel videolarına bəyənmə və ya bəyənməmə işarələrini qoyaraq onları qiymətləndirə və onlara şərh yaza bilərlər. Yeni Reel adlı funksiya hələki hamı üçün aktiv deyil. Bu funksiyanı hamı üçün aktiv etmək üçün YouTube ilk öncə onu beta test mərhələsində keçirdəcək. Beləliklə servis bu funksiyanın istifadəçilər arasında nə dərəcədə məşhur olacağını müəyyən edə biləcək.

    Linki kopyala