main-post-cover

    YouTube videolarının əvvəlində iki reklam videoçarxı göstəriləcək

    Sosial Media
    23.11.2018
    Emil Nəcəfov
        Google şirkəti onsuz da məlum olan bir faktı təsdiq etmək üçün böyük bir tədqiqat aparıb. Belə ki, videoservisdə videoların izlənməsi zamanı ortaya çıxan reklamlar istifadəçiləri qıcıqlandırır. Beləliklə şirkət videoizləmə zamanı ortaya çıxan reklamların sayını azaltmaq istəyir. Lakin bu o demək deyil ki, şirkət öz əsas gəlir mənbəyindən tamamilə imtina edəcək. Bu istiqamətdə servisin verdiyi qərar ondan ibarətdir ki, videonun ortasında reklam videoçarxlarını ortaya çıxartmaq əvəzinə videonun əvvəlində istifadəçiyə iki reklam videoçarxı göstəriciləcək.

        Şirkət bildirib ki, istifadəçilər həmin reklam videoçarxlarını ötürə bilərlər. Tədqiqatda iştirak etmiş insanlar qeyd ediblər ki, ikinci reklam videoçarxını yalnız 6 saniyədən sonra ötürmək mümkündür. Bu cür hal ilə razılaşmaq istəməyənlər üçün isə Google şirkətinin yalnz bir cavabı var. Söhbət, YouTube Premium adlı ödənişli abunəlik servisindən gedir. Videoların əvvəlində iki reklam videoçarxının göstərilməsi formatı bu ilin sonuna kimi videoservisin veb versiyasına, daha sonra isə mobil versiyaya əlavə olunacaq.
    Linki kopyala