ABŞ-ın yeni prezidenti Joe Biden Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

ABŞ-ın yeni prezidenti Joe Biden Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

Startup və Biznes
12.02.2021 PAYLAŞIM

    ABŞ-ın keçmiş prezidenti Donald Trump sərt sanksiyalar vasitəsilə Huawei də daxil olmaqla Çindən olan bir çox şirkətlərin vəziyyətlərini qəlizləşdirmişdi. Onların ümidləri yeni prezident Joe Biden-ə idi. Belə ki, yeni prezident özündən əvvəl qəbul edilmiş sanksiyalarda yumşaltmalar edə bilərdi. Lakin görünür, Joe Biden bu məsələyə heç bir dəyişiklik etməyəcək. Bu barədə Reuters saytı xəbər verib. Reuters ABŞ-ın yüksək rütbəli məmuruna istinadən bildirib ki, Biden administrasiyası öz müttəfiqləri ilə detallı danışıqlardan öncə sanksiyaların ləğvini reallaşdırmayacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, dövlət rəhbərliyi ABŞ texnologiyalarının Çinə eksport olunması mövzusunda yeni məhdudlaşdırıcı qərarlar verə bilər.

    Biden Çinin hərbi gücünü böyüdə biləcək texnologiyaların eksportunu reallaşdırmaq niyyətində deyil. “Biz bu sanksiyaları müzakirələrin aparıldığı dövrdə saxlayırıq. Çünki biz öncədən heç bir addım atmaq istəmirik. Biden-ın Trump strategiyasını sərt şəkildə tənqid etməsinin əsas səbəbi Trump-ın Çin ilə sərt ticarət aparmamasında deyil. Əsas səbəb Trump-ın bunu bizim müttəfiqlərimizlə mübarizə apararaq tək başına etməsidir” - deyə anonim məmur qeyd edib. Bununla yanaşı ABŞ-ın iqtisadi inkişafı üçün aparıcı rol oynayan texnoloji sektora dövlət investisiyalarının cəlb olunması məsələsində Joe Biden respublikaçılarla əməkdaşlığı planlaşdırır. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsal..

Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hes..


Fransa hökuməti Google şirkətini 500 milyon avro dəyərində cərimələyib

Fransa hökumətinin antimonopoliya orqanı Google şirkətini 500 milyon avro dəyərində cərimələyib. ..


Joe Biden ABŞ-da İT şirkətlərin monopoliyalarını məhdudlaşdırmaq göstərişini ver..

ABŞ prezidentinin administrasiyası iqtisadiyyatdakı rəqabəti yüksəltməyə təşviq edəcək göstərişi təq..


Google şirkəti tərtibatçılar üçün olan komissiya haqqını yaxın günlərdə 15%-ə en..

Bu ilin mart ayında Google şirkəti söz vermişdi ki, o, tərtibatçılar üçün nəzərdə tutulmuş 30%-lik k..


OnePlus şirkəti OPPO-nun sub-brendinə çevrilib

OnePlus şirkətinin CEO-su Pete Lau keçən həftə elan etmişdi ki, OnePlus şirkəti OPPO ilə daha sıx əm..


Xiaomi şirkəti özünün film studiyasını yaradıb

Xiaomi şirkəti öz məhsullarının geniş müxtəlifliyi ilə məşhurdur.

×