main-post-cover

    Appel öz istifadəçi kütləsi ilə bağlı yeni rekorduna imza atıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    03.02.2023
    Farid Pardashunas
        Apple bütün dünyada iPhone, iPad və digər məhsullarının aktiv istifadəçi sayını hesablayaraq əldə etmiş olduğu yeni nailiyyətini elan edib. Beləliklə şirkətin 2022-ci ilin 4-cü rübü üzrə hesabatına əsasən bütün dünyada hər 4 nəfərdən biri Apple məhsulunun istifadəçisidir. Şirkətin verdiyi məlumata əsasən keçən ilin sonuna kimi aktiv Apple cihazlarının sayı 2 milyarda çatıb. Qeyd etmək lazımdır ki, aktiv 1 mlyard cihaz göstəricisini şirkət 2016-cı ildə əldə etmişdi. Keçən ilin əvvəlində isə bu göstərici 1.8 milyard təşkil etmişdi.
        “Keçən ilin dekabr ayı üzrə biz vacib nailiyyəti əldə etdik. 2 milyard aktiv cihaza sahib olduğumuzu elan etməyimiz üçün çox şadıq” - deyə Apple qeyd edib. Qeyd etmək lazımdır ki, mobil bazarda lider olaraq Google şirkəti qalır. Hələ 2021-ci ildə Google bildirmişdi ki, bütün dünyada 3 milyard ədəd aktiv Android cihazı mövcuddur. Bu məsələdə hesablama üsulu bu və ya digər Android cihazda Google Play mağazasının olmasına əsaslanır. Buna görə də aktiv cihazların sayı əslində daha çox ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər